[b]"Səbail" 3 yoxlama oyunu keçirəcək[/b]
28.06.2017 - 14:52
[b]"Səbail" 3 yoxlama oyunu keçirəcək[/b]

İyunun 12-dən Bakıda yeni mövsümün hazırlığına start verən "Səbail" dünəndən etibarən təlim-məşq toplanışını Mərdəkan qəsəbəsində, AFFA Futbol Mərkəzindəki Milli Komandaların Məşq Mərkəzində davam etdirir. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda gündə 2 dəfə "Dalğa Arena"da məşq etməklə yanaşı, 3 yoxlama oyunu keçirməyi də planlaşdırır.

 

"Səbail" iyunun 29-da "Binə" komandası ilə qarşılaşacaq. İyulun 2-də və 8-də isə  "Sumqayıt"la görüşlər olacaq.

 

Qeyd edək ki, ötən mövsüm I divizionda ikinci yeri tutan “Səbail” qarşıdakı mövsümdə Premyer Liqada mübarizə aparacaq.   

0