[b]Avropa Liqasında yeni mövsüm həyəcanı: "Qəbələ"nin diqqəti Batumidə[/b]
28.06.2017 - 15:48
[b]Avropa Liqasında yeni mövsüm həyəcanı: "Qəbələ"nin diqqəti Batumidə[/b]

Sabah Avropa Liqasında 2017/18 mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsində 100 komanda mübarizə aparacaq.

 

Bu isə o deməkdi ki, ilk oyunlar çərçivəsində 50 görüş baş tutacaq.

 

Turnirdəki təmsilçilərimizdən “İnter” üçün “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) cütündə kimin üstün olacağı böyük önəm kəsb edir. Belə ki, bakılılar Serbiyanın “Mladost” komandasını mübarizədən kənarlaşdıracaqları halda, II təsnifat mərhələsində məhz bu cütün qalibi ilə üz-üzə gələcəklər.

 

İlkin mərhələdən azad olan “Qəbələ” isə diqqətini “Dinamo” (Batumi, Gürcüstan) - “Yagelloniya” (Polşa) cütünə yönəldəcək. İki oyunun nəticəsinə görə sevinəcək tərəf növbəti mərhələdə “Qəbələ”nin önünə çıxacaq.

 

Avropa Liqasındakı digər təmsilçimiz “Zirə”nin isə növbəti mərhələyə adlayacağı halda, Rumıniyanın “Astra” klubu ilə üz-üzə gələcəyi öncədən bəlli idi.

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

29 iyun

 

16:00. “Şirak” (Ermənistan) – “Qoritsa” (Sloveniya)

18:00. “İrtış” (Qazaxıstan) – “Dunav” (Bolqarıstan)

18:45. “Kayrat” (Qazaxıstan) - “Atlantas” (Litva)

19:00. “Partizani” (Albaniya) - “Botev” (Bolqarıstan)

19:00. “Pünik” (Ermənistan) - “Slovan” (Slovakiya)

19:00. “Ventspils” (Latviya) - “Valyur” (İslandiya)

19:20. “Trençin” (Slovakiya) - “Torpedo” (Gürcüstan)

19:30. “Dinamo” (Belarus) - “Runavik” (Farer adaları)

19:30. “Levadiya” (Estoniya) - “Kork Siti” (İrlandiya)

20:00. “Çixura” (Gürcüstan) - “Rayndorf” (Avstriya)

20:00. “Dinamo” (Batumi, Gürcüstan) - “Yagelloniya” (Polşa)

20:00. “Şaxtyor” (Belarus) - “Suduva” (Litva)

20:00. “Şkendiya” (Makedoniya) - “Daçiya” (Moldova)

20:00. “Vaasa” (Finlandiya) - “Olimpiya” (Sloveniya)

20:30. “Kalyu” (Estoniya) - B-36 (Farer adaları)

20:30. “Lyunqbyu” (Danimarka) - “Banqor” (Uels)

20:45. “Beytar” (İsrail) - “Vaşaş” (Macarıstan)

20:45. “Ferensvaroş” (Macarıstan) - “Yelqava” (Latviya)

21:00. AEK (Kipr) - “Linkoln” (Cəbəllütariq)

21:00. “Hoqesund” (Norveç) - “Kolreyn” (Şimali İrlandiya)

21:00. “Levski” (Bolqarıstan) - “Sutyeska” (Monteneqro)

21:00. “Odd” (Norveç) - “Ballimena” (Şimali İrlandiya)

21:00. “UE Santa Koloma” (Andorra) - “Osiyek” (Xorvatiya)

21:00. “Zarya” (Moldova) - “Sarayevo” (Bosniya və Herseqovina)

21:00. “Zirə” (Azərbaycan) - “Differdanj” (Lüksemburq)

21:30. “Fola” (Lüksemburq) - “Milsami” (Moldova)

22:00. “Bala Taun” (Uels) - “Vaduts” (Lixtenşteyn)

22:00. “Konnak” (Uels) - HİK (Finlandiya)

22:00. “Klaksvik” (Farer adaları) - AİK (İsveç)

22:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Tirana” (Albaniya)

22:00. “Midtyulland” (Danimarka) - “Derri Siti” (İrlandiya)

22:00. “Norçepinq” (İsveç) - “Priştina” (Kosovo)

22:00. “Skenderbeu” (Albaniya) - “Sent Culiya” (Andorra)

22:00. “Voyvodina” (Serbiya) - “Rujomberok” (Slovakiya)

22:30. “Domjale” (Sloveniya) - “Flora” (Estoniya)

22:30. “Srvena Zvezda” (Serbiya) - “Floriana” (Malta)

22:30. “Mladost” (Serbiya) - “İnter” (Azərbaycan)

22:30. “Mladost” (Monteneqro) - “Qandzasar” (Ermənistan)

22:30. “Şiroki Briyeq” (Bosniya və Herseqovina) - “Ordabaşı” (Qazaxıstan)

22:30. “Tre Penne” (San-Marino) - “Rabotniçki” (Makedoniya)

22:45. “Kruzaders” (Şimali İrlandiya) - “Liepaya” (Latviya)

22:45. “Lex” (Polşa) - “Pelister” (Makedoniya)

22:45. “Qlazqo Reyncers” (Şotlandiya) - “Proqres” (Lüksemburq)

22:45. “Sent Conston” (Şotlandiya) - “Trakai” (Litva)

22:45. “Sent Cozef” (Cəbəllütariq) - AEL (Kipr)

22:45. “Valletta” (Malta) - “Folqor” (San Marino)

22:45. “Videoton” (Macarıstan) - “Baltsan” (Malta)

22:45. “Jelezniçar” (Bosniya və Herseqovina) - “Zeta” (Monteneqro)

23:15. “Reykyavik” (İslandiya) - SJK (Finlandiya) 

23:15. “Styarnan” (İslandiya) - “Şemrok Rovers” (İrlandiya)

 

0