[b]"Qarabağ"ın daha bir rəqibi bilindi[/b]
28.06.2017 - 16:16
[b]"Qarabağ"ın daha bir rəqibi bilindi[/b]

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”ın sonuncu yoxlama matçındakı rəqibi də məlum olub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri “Brondbü” ilə qarşılaşacaqlar.

 

Danimarka təmsilçisi ilə matç iyulun 2-də keçiriləcək.

 

Qeyd edək ki, “Qarabağ” – “Brondbü” görüşü Bakı vaxtı ilə 20:00-da start götürəcək.

0