[b]“Milan”dan növbəti transfer[/b]
28.06.2017 - 16:58
[b]“Milan”dan növbəti transfer[/b]

“Milan” daha bir futbolçu ilə razılığa gəlib. Apasport.az saytı “SKY Sports”a istinadən xəbər verir ki, “rossonyerlər” “Sanderlend”in hücumçusu Fabio Borini ilə anlaşıblar.

 

İtaliyalı forvard sabah İtaliyaya yollanacaq. Tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

 

Bu keçid “Milan”a 7 milyon avroya başa gələcək.

 

Qeyd edək ki, Borini karyerası ərzində “Çelsi”, “Suonsi”, “Parma”, “Roma” və “Liverpul” klublarının da formasını geyinib.   

0