[b]“İbrahimoviçlə yanvarda danışıq apara bilərik”[/b]
28.06.2017 - 17:30
[b]“İbrahimoviçlə yanvarda danışıq apara bilərik”[/b]

“Atletiko”nun prezidenti Enrike Sereso adı Madrid təmsilçisi ilə birgə hallanan Zlatan İbrahimoviç barədə danışıb. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına açıqlama verən klub rəhbəri məsələyə aydınlıq gətirib.

 

Sereso transfer qadağası ilə üzləşdiklərini xatırladaraq, İbrahimoviçlə ancaq yanvarda danışıq apara biləcəklərini deyib: “İndi heç kimlə müqavilə bağlaya bilmərik. Zlatanla gələn ilin əvvəlində danışıq aparmaq mümkündü. Amma onun “Atletiko”ya keçməyə razı olub-olmayacağını bilmirəm”.

 

Qeyd edək ki, “Mançester Yunayted”dən ayrılan Zlatan İbrahimoviç hazırda azad agent statusu daşıyır. 

0