[b]“İnter” və “Simurq”un keçmiş futbolçusu Rusiyada baş məşqçi oldu[/b]
28.06.2017 - 19:06
[b]“İnter” və “Simurq”un keçmiş futbolçusu Rusiyada baş məşqçi oldu[/b]

“İnter” və “Simurq”un keçmiş oyunçusu Robertas Poşkus “Amkar”la anlaşıb. Apasport.az saytının məlumatına görə, litvalı mütəxəssis Perm klubunun gənclərdən ibarət komandasının baş məşqçisi olacaq.

 

Bu barədə klub saytından açıqlama yayılıb. Bildirilib ki, əsas komandanın baş məşqçisi Hacı Hacıyev “Krılya Sovetov”da birlikdə çalışdığı keçmiş tələbəsinin bu işdə çalışmasında əsas təsəbbüşkar olub.

 

Poşkus bu vəzifədə Konstantin Paromonovu əvəzləyib.

 

Qeyd edək ki, litvalı hücumçu 2009-2011-ci illərdə “İnter”, 2011-2012-ci illərdə isə “Simurq”da forma geyinib.

0