[b]Cərrah əməliyyat zamanı Çili – Portuqaliya oyununa baxıb - VİDEO[/b]
30.06.2017 - 15:39
[b]Cərrah əməliyyat zamanı Çili – Portuqaliya oyununa baxıb - VİDEO[/b]

FİFA Konfederasiyalar Kuboku-2017-nin finalına vəsiqə qazanan Çili yığmasının son matçı ilə bağlı şok videogörüntü yayılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Portuqaliya ilə yarımfinal görüşünü iş başında olan həkimlər də canlı izləyiblər.

 

Belə ki, Çilidəki özəl xəstəxanaların birində əməliyyat zamanı həkimlər televizorda futbola baxmaqdan da çəkinməyiblər. Onların penaltilər seriyasında Joao Moutinyonun zərbəsi zamanı qapıçı Klaudio Bravonun qurtarışını coşğu ilə qeyd etmələri və ardından əməliyyatı davam etdirmələri videoya çəkilib. Həmin görüntülərin internetdə paylaşımından sonra isə ölkədə həyəcan təbili çalınıb.

 

Qeyd edək ki, qolsuz bərabərə başa çatan Çili – Portuqaliya matçının penaltilər seriyasında 3:0 hesablı qələbə qazanan Cənubi Amerika təmsilçisi finalda Almaniya ilə qarşılaşacaq.

 

 

 

 

0