[b]Futbolçu özü açıqladı: Tezliklə “Qarabağ”da[/b]
04.07.2017 - 01:18
[b]Futbolçu özü açıqladı: Tezliklə “Qarabağ”da[/b]

“Qarabağ”ın yeni transferi Yakub Rjejniçak transferi ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, müdafiəçi instaqram səhifəsində paylaşdığı foto ilə keçmiş komandası “Legiya” ilə vidalaşıb.

 

O, “Legiya” ilə “Radomiak Radom” arasındakı yoxlama matçında çəkilmiş foto yayımlayaraq şəklin altında “Son oyun, son qol, son məşq... tezliklə “Qarabağ”da” yazıb.

 

Polşalı müdafiəçinin tezliklə “Qarabağ”a qoşulacağı və ağdamlılarla 2 illik müqaviləyə imza atacağı haqqında xəbər vermişdik.

 

Qeyd edək ki, iyunun 30-da baş tutan matçı varşavalılar 2:0 hesabı ilə qazanmış, qollardan birinə isə Rjejniçak imza atmışdı.

 

 

0