Ağasəlim Mircavadov: “Mən “Olimpik”i məğlub etməyin sadə yolunu bilirəm”
17.04.2008 - 13:35
Ağasəlim Mircavadov: “Mən “Olimpik”i məğlub etməyin sadə yolunu bilirəm”
“Bunun sadə yolu var və mən bunu bilirəm. Rəqibin oyun üslubunu təhlil edib, taktiki plana xüsusi diqqət yetirmək lazımdır. Komandanın qapıçılarından Rauf Mehdiyev iki il rəhbərliyim altında çıxış edib. Digər qapıçı Elşən Poladovun da potensialına yaxşı bələdəm. Hər ikisi yaxşı oynasa da, çıxışda elə də etibarlı deyil. Bunu nəzərə almaq lazımdır. Futbolçular verdiyim tapşırıqları yerinə yetirsə, “Olimpik”i Lənkəranda asanlıqla məğlub etmək olar”.
Premyer Liqada 356 gündür uduzmayan “Olimpik” sonuncu məğlubiyyətini (2:3) ötən ilin aprelin 27-də Lənkəranda alıb. Həmin vaxt liderin 11 aylıq məğlubiyyətsiz oyunlar seriyasına “Xəzər-Lənkəran” son qoyub. Martın 20-də ölkə kubokunun ¼ final mərhələsinin cavab görüşündə (0:2) məğlub olan Əsgər Abdullayevin komandası cari mövsümdə ilk dəfə iki qol buraxıb.
0