[b]Göz yaşları ilə “Qarabağ”a doğru - VİDEO[/b]
04.07.2017 - 20:45
[b]Göz yaşları ilə “Qarabağ”a doğru - VİDEO[/b]

“Qarabağ”ın yeni transferi Yakub Jezniçak artıq keçmiş komandası ilə vidalaşıb. Apasport.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

 

Bildirilib ki, müdafiəçi komanda yoldaşları və baş məşqçi ilə sağollaşarkən duyğulu anlar yaşayıb. Onun haqqında fikirlərini söyləyən “Legiya”nın çalşdırıcısı Yacek Magiera bütün peşəkar karyerasını bir komandaya həsr etmiş futbolçu ilə vidalaşmağın çətin olduğunu bildirib. Mütəxəssis Yakubun çox yaxşı insan olduğunu da vurğulayıb.

 

Ardınca isə klub televiziyasına açıqlama verən Jezniçak özü hər kəsə təşəkkür edib. Bu zaman onun kövrlədiyi və gözlərinin dolduğu diqqətlərdən yayınmayıb.

 

Qeyd edək ki, 30 yaşlı müdafiəçinin yaxın günlərdə Bakıya gələcəyi və “Qarabağ”la iki illik müqavilə bağlayacağı bildirilib.

0