Zöhrab Qədiyevin hakimlik edəcəyi rəsmiləşib
17.04.2008 - 15:25
Zöhrab Qədiyevin hakimlik edəcəyi rəsmiləşib
Bakı. Mehman Süleymanov – APA-Sport. AFFA-nın üç il öncə cəzalandırdığı Zöhrab Qədiyevin hakimliyə qayıdışı rəsmiləşib. Assosiasiyanın Hakimlər Komitəsinin yeni sədri Xaqani Məmmədovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, 44 yaşlı sabiq FİFA hakiminin müraciətinə müsbət cavab verilib: “Hakimlər Komitənin bu gün keçirilən iclasında Qədiyevin yazdığı ərizəyə baxdıq. Komitənin çıxardığı qərara əsasən, Qədiyev yenidən hakimlik edəcək. Ona yaxın müddətdə təyinat veriləcək”. Sədrin sözlərinə görə, Z.Qədiyev birinci divizionda idarəçiliklə başlayacaq: “Hakim nə qədər təcrübəli olsa, özünü hazır saysa da, ona dərhal güclülər dəstəsində matç verilmir. Qədiyev bir oyun da olsa, aşağı dəstədə idarə edəcək”.
Qeyd edək ki, 2005-ci ilin avqustun 13-də yeni çempionatın ilk turunda “Neftçi” – “Şahdağ” (3:1) matçında idarəçiliyinə görə ömürlük cəzalanan Z.Qədiyev 938 gündən sonra hakimliyə qayıdıb.
0