[b]Basketbol Federasiyasının növbəti “şah əsəri”[/b]
07.07.2017 - 10:56
[b]Basketbol Federasiyasının növbəti “şah əsəri”[/b]

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, əsas yığmamızla yanaşı, bu komandaya da baş məşqçilik edən Samit Nuruzadə Avro-2017-nin B divizionunda güvənəcəyi oyunçuları müəyyənləşdirib.

 

Daim “peşəkarlığı” ilə diqqət çəkən Azərbaycan Basketbol Federasiyası yenə də “ənənəsi”nə sadiq qalıb. Bir gün öncə “apasport”da yer alan xəbərdən sonra rəsmi saytlarına düzəliş edən qurum növbəti səhvlə diqqət çəkib. Federasiya “12-liy”i düzəltmək üçün yunan-Roma güləşi üzrə millimizin türkiyəli baş məşqçisi Şaban Donatın oğlu Saadettin Donatı heyətə 2 dəfə yazıb.

Beləliklə, hər il əsas yığmanın formalaşacağı vədini verən Nuruzadə yenə də əsas heyətdə legionerlərə güvənəcək. Bunlar arasında Saadettin Donatla yanaşı, Ercan Yıldız Donat, Tornike Julakidze və Elijah Mollenhauer də var. Baş məşqçinin siyahısına azərbaycanlı basketbolçulardan isə Nəcəf Babayev, Tohid Əsgərov, Əkbər Məmmədov, Rəvan Əliyev, Nadir Əsədov, Vüqar Məmişov və Şirzad Şirzadov da düşüb.

 

C qrupunda yer alan yığmamız Avstriya, Polşa, Portuqaliya, Rumıniya və İsraillə mübarizə aparacaq. İyulun 28-də başlayacaq qrup oyunları avqustun 2-də bitəcək.

 

0