[b]Hollandiyalı müdafiəçi “Qəbələ”yə qoşuldu[/b]
08.07.2017 - 10:02
[b]Hollandiyalı müdafiəçi “Qəbələ”yə qoşuldu[/b]

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” gündə iki dəfə məşq keçir.

 

Komandanın yeni transferi Deyv Bultuis də məşq prosesində iştirak edib. Dünən baş tutan məşqə yalnız zədəli futbolçular Baqali Dabo və Tellur Mütəllimov qatılmayıb. Ruslan Qurbanovla Dion Malone isə fərqi məşqlə kifayətlənib.

 

“Qəbələ” bu gün təlim-məşq toplanışında sonuncu yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmada komandamız Hollandiyanın “Utrext” klubu ilə üz-üzə gələcək. 

 

0