Azərbaycan milli komandası Almaniyanın “Ayntraxt” klubuna qalib gəlib
18.04.2008 - 10:16
Azərbaycan milli komandası Almaniyanın “Ayntraxt” klubuna qalib gəlib
Bakı. Aqşin Əliyev - APA-Sport. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-17) Almaniyanın Frankfurt şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq matçına çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamız yerli “Ayntraxt” klubu ilə qarşılaşıb. Bernard Lippertin yetirmələri almaniyalı həmyaşıdları ilə müqayisədə üstün oyun nümayiş etdiriblər. Yekunda U-17 “Ayntraxt”ın qapısında 3 cavabsız top keçirib. Milli komandamız ilk yoxlama görüşündə “Vehen”lə heç-heçə (1:1) oynamışdı. Aprelin 22-də vətənə dönəcək yığmamızın qalan vaxt ərzində Almaniyada daha bir yoldaşlıq matçı keçirəcəyi istisna deyil.
0