[b]Azərbaycanlı hakim beynəlxalq dərəcə aldı[/b]
09.07.2017 - 21:40
[b]Azərbaycanlı hakim beynəlxalq dərəcə aldı[/b]

Polşanın Qdansk şəhərində gənclərin Avropa Kuboku yarışı zamanı Beynəlxalq Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimlik üçün imtahanı keçirilib. Apasport.az saytının məlumatına görə, imtahanda Azərbaycan Cüdo Federasiyasının respublika dərəcəli hakimi Nazim Umbayev də iştirak edib.

 

Sınaqdan uğurla keçən Umbayev beynəlxalq dərəcəli hakim adını qazanıb.

 

Bununla da, hazırda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakimlərimizin sayı 6-ya çatıb. 

 

Beynəlxalq dərəcəli hakimlərdən üçü – Mətin Rəhimli, Arzu Acalova və Nazim Umbayev son 2 ildə bu dərəcəyə sahib olublar.

0