[b]Millimiz Qubaya “köçdü”[/b]
10.07.2017 - 11:53
[b]Millimiz Qubaya “köçdü”[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə hazırlığı davam etdirir. Apasport.az saytının məlumatına görə, millimiz Bakıda keçirilən təlim-məşq toplanışını başa vurub.

 

Komandamız bu gün paytaxtı tərk edib. Voleybolçularımız məşqlərini Qubada sürdürəcək. İyulun 20-dək davam edəcək toplanış İqtisad Universitetinin təlim-məşq bazasında keçəcək.

 

Hazırlıqlarda təkcə Faiq Qarayevin rəhbərlik etdiyi ölkəmizin əsas yığması deyil, həm də əvəzedici komanda iştirak edəcək. Adnan Kistakın başçılıq etdiyi “ikincilər”in də heyətində əsas milli kimi 20 voleybolçu yer alıb.

 

Qeyd edək ki, Azərbaycan və Gürcüstanda keçiriləcək sayca 30-cu olan Avropa çempionatının final mərhələsinə sentyabrın 22-də start veriləcək. Yarış oktyabrın 1-dək davam edəcək.

 

 

0