[b]Avrokuboklarda yeni təmsilçimiz[/b]
10.07.2017 - 17:45
[b]Avrokuboklarda yeni təmsilçimiz[/b]

Azərbaycan avrokuboklarda yeni komanda ilə təmsil olunacaq. Apasport.az saytının məlumatına görə, qadın həndbolçulardan ibarət “Nur” klubu qitə miqyaslı turnirdə iştirak edəcək.

 

Mingəçevir təmsilçisi EHF kubokunda qüvvəsini sınayacaq. “Nur” Avropadakı debüt mövsümünə I təsnifat mərhələsindən başlayacaq.

 

Ümumilikdə isə yarışda 48 komanda çıxış edəcək. Onlardan 28-i I, 16-sı II, 4-ü III təsnifat mərhələsindən turnirə qatılacaq.

 

0