“Olimpik” – “Neftçi” görüşünün hakimi Almaniya kubokunun finalına təyinat alıb
18.04.2008 - 11:44
“Olimpik” – “Neftçi” görüşünün hakimi Almaniya kubokunun finalına təyinat alıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının oyununu idarə edən hakim Almaniya kubokunun finalını idarə edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 21-ci turda keçirilən “Olimpik” – “Neftçi” matçına dəvət olunan almaniyalı Knut Kirxerin növbəti oyunu ölkə kubokunun final qarşılaşması olacaq. Altı günlük fasilədən sonra yenə prinsipial görüşə çıxacaq 39 yaşlı hakim “Bavariya” - “Borussiya” (Dortmund) qarşılaşmasında söz sahibi olacaq. Kubokun həlledici matçında üz-üzə gələcək rəqiblər bir həftə əvvəl çempionatda qarşılaşmışdı ki, onda “Bavariya” 5:0 hesabı ilə qalib gəlmişdi. Görüşün prinsipiallığını o da artırır ki, bu qapıçı Oliver Kannın karyerasında, Ottmar Hitsfeldin klubda son finalıdır. Qeyd edək ki, qələbə təqdirində onların hər ikisi qazandığı kubokların sayına görə rekordçu olacaq.
0