“Olimpik” Lənkəranda ilk xalını qazana bilər
18.04.2008 - 09:30
“Olimpik” Lənkəranda ilk xalını qazana bilər
“Olimpik”in Lənkərandakı Olimpiya İdman Kompleksinin stadionunda indiyədək keçirdiyi hər iki oyun 2006-cı ilə təsadüf edib. “Xəzər-Lənkəran”la keçirilən çempionat matçında paytaxt klubu 0:1 hesabı ilə uduzub. Əsgər Abdullayev “Olimpik”in sükanı arxasına keçəndən sonra komanda Lənkəranda üç oyun keçirib. “Xəzər-Lənkəran”la həm çempionat (2:3), həm ölkə kuboku səviyyəsində (0:2) səviyyəsində keçirilən oyunlar məğlubiyyətlə nəticələnib. Premyer Liqada 358 gündür uduzmayan Ə.Abdullayevin komandası Lənkəranda yalnız bir dəfə qələbə qazanıb. Bu, 2006-cı ilin sentyabrın 11-də ölkə kubokunun 1/16 final mərhələsinin ilk matçında olub. “Olimpik” sabah çıxacağı meydanda “Xəzər-Lənkəran-2” klubunu 2:0 hesabı ilə üstələyib. Bu komandanın məşqçisi Fazil Əsədov və bir sıra futbolçular hazırda “Masallı”nın heyətindədir. “Olimpik” çempionatda Lənkəranda xal qazanmaqla, “siftə” edə bilər. Liderin ən yaxın izləyicisi olan “Neftçi” təqvimə əsasən “Simurq”la sabah Bakıda görüşməli idi. Ancaq ilk dövrədə Qaxda hava şəraitinə görə baş tutmadığı üçün yerdəyişmə olundu və flaqman ilk olaraq rəqibini qəbul etdi. “Simurq” indiyədək “Neftçi” ilə bütün görüşlərdə məğlub olub. “İnter”lə “Qarabağ”ın ölkə kubokunun ¼ final mərhələsində də görüşdüyünü nəzərə alsaq, cari mövsümdə 4-cü dəfə qarşılaşacaqlar.

19 aprel
“Masallı” – “Olimpik”

Lənkəran. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 1:3

“Simurq” – “Neftçi”
Qax. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:2

“Qəbələ” – ABN
Qəbələ. Şəhər stadionu
İlk dövrədəki oyun – 2:1

“Gənclərbirliyi” – “Turan”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun – 0:2

“İnter” – “Qarabağ”
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 1:0

20 aprel
“Bakı” – “Karvan”

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:0

“Standard” – “Xəzər-Lənkəran”
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 2:2

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

20

15

5

0

25-3

50

2

Neftçi

20

14

4

2

37-16

46

3

İnter

20

12

4

4

38-16

40

4

Xəzər-Lənkəran

20

11

7

2

37-15

40

5

Simurq

20

9

4

7

28-21

31

6

Qarabağ

20

8

6

6

20-15

30

7

Qəbələ

20

9

1

10

25-25

28

8

Bakı

20

7

7

6

26-19

28

9

Masallı

20

6

4

10

21-34

22

10

Standard

20

5

7

8

24-21

22

11

Karvan

20

6

3

11

17-22

21

12

Turan

20

3

4

13

13-35

13

13

ABN

20

2

6

12

11-34

12

14

Gənclərbirliyi

19

2

0

18

12-58

6



Bombardirlər: Branimir Subaşiç (“Neftçi”), Xaqani Məmmədov (“İnter”) - 14, Junivan Suares (Olimpik) - 11.
0