“Turan” son 4 ilin şəxsi rekordunu təkrarlaya bilər
18.04.2008 - 12:39
“Turan” son 4 ilin şəxsi rekordunu təkrarlaya bilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Tovuzun “Turan” klubu son dəfə 4 il əvvəl nail olduğu uğuru təkrarlaya bilər. “APA-Sport” agentliyinin məlumatına görə, qərblilərin qapıçısı Anar Nəzirov ardıcıl 3 oyundur qapısından qol buraxmır. Aprelin 19-da keçiriləcək Azərbaycan Premyer Liqasının 22-ci turunda Sumqayıtın “Gənclərbirliyi” ilə oyunda da tovuzlular qapısının toxunulmazlığını qorusa, 2004-cü ilin nəticəsi təkrarlanacaq. Belə ki, Premyer Liqa tarixində daha böyük rekordları olmasına baxmayaraq, son 4 ildə yalnız bir dəfə “Turan” ardıcıl 4 oyun qol buraxmayıb. 2004/05 mövsümünün startında Naci Şensoyun rəhbərlik etdiyi komandanın qapıçısı Oleq Belyakov 2-5-ci turlarda rəqiblərin fərqlənməsinə imkan verməmişdi. Ondan sonra nə N.Şensoy, nə də Sakit Alıyevin rəhbərliyi altında komanda bu nəticəni təkrarlaya bilib. Həmin seriyanın təkrarlanması üçün “Turan” “Gənclərbirliyi”nin seriyalarının davam etməsinə çalışmalıdır. Belə ki, ikinci dövrədə keçirdiyi 7 oyunda qol vurmayan sumqayıtlılar ardıcıl 13 oyundur məğlub olur.
Qeyd edək ki, Sumqayıtda qarşılaşacaq rəqiblər Premyer Liqada 8-ci dəfə üz-üzə gələcək. Bu oyunlarda “Turan” 4, “Gənclərbirliyi” 2 qələbə qazanıb.

“Turan” – “Gənclərbirliyi”: bütün oyunlar

Mövsüm

Tovuzda

Sumqayıtda

2004/05

1:0

2:0

2005/06

0:1

2:2

2006/07

4:1

0:2

2007/08

2:0

0