SİZİN REKLAM BURADA

“Fiziki hazırlığa üstünlük veririk” - Valeriya Məmmədova

“Məşqlərimiz əla keçir. Gündə 3 dəfə məşq keçirik, daha çox fiziki göstəricilərimizi yaxşılaşdırmağa çalışırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Valeriya Məmmədova deyib.

 

Millimizin təcrübəli liberosu yığmamızın Qubada keçirilən təlim-məşq toplanışı haqda fikirlərini bölüşüb: “Üstünlük buna verilir. Ancaq gündə bir dəfə topla da hazırlıq keçirik. Təbii ki, hər zaman hazırlıq prosesinə başlamaq çətin olur. Amma bu il ərzində biz artıq iki böyük turnirdə çıxış etmişik. Bu amil bizə kömək edir. Komandada ab-hava yüksək səviyyədədir”.

 

Qeyd edək ki, sayca 30-cu olan Avropa çempionatının final mərhələsinə hazırlaşan millimiz iyulun 10-dan Qubada məşq keçir. Azərbaycan və Gürcüstanda keçiriləcək çempionata sentyabrın 22-də start veriləcək. Yarış oktyabrın 1-dək davam edəcək.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10