[b]Avropa çempionumuz yarış günü özünü öldürdü[/b]
13.07.2017 - 13:05
[b]Avropa çempionumuz yarış günü özünü öldürdü[/b]

Dünən mətbuatda sambo üzrə Avropa çempionu Rəşad Dünyamalıyevin intiharı ilə bağlı xəbərlər yayılıb. Apasport.az-ın lent.az saytına istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarından hadisənin iyulun 4-də baş verdiyi bildirilib.

 

Belə ki, 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlu Binəqədi qəsəbəsində yaşadığı həyət evində səhər saatlarında turnikdən özünü asaraq həyatına son qoyub.

 

57 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad hadisə baş verən gün sambo üzrə Azərbaycan yığmasının heyətində Qazaxıstanda keçirilən Nursultan Nazarbayev turnirinə qatılmalı imiş. Belə ki, Azərbaycan yığmasının üzvləri və məşqçiləri səhər saatlarında toplaşaraq, Rəşadın da gəlib çıxmasını gözləyiblər. Artıq təyyarəyə gecikəcəklərini gördükdə onlar idmançılardan birini Rəşadgilin evinə göndəriblər və dəhşətli mənzərə ortaya çıxıb.

 

Bildirilir ki, hadisə baş verən gün Rəşad evdə tək olub. Səhər saatlarında anası işə gedərkən onu oyadıb. Rəşad isə hazırlanıb aeroporta gedəcəyini deyərək anasını yola salıb. Evin tək oğul övladı olan Rəşadın bacısı da həmin vaxt işdə olub.

 

Rəşad Dünyamalıyevin şəxsi məşqçisi, tanınmış hakim Cabir İsmayılov hadisə barəsində lent.az-a bunları deyib: "Onu çox gözlədik, artıq təyyarəyə gecikirdik və belə bir məlumat gəldi. Qazaxıstana çatanda hamı bizə başsağlığı verirdi. Mənim üçün çox ağırdı. 5 yaşından əlimdə böyüyən uşaqdı. 2 dəfə Avropa çempionu, bir dəfə dünya ikincisi olub. Rəşad 7-8 dəfə Azərbaycan çempionu olmuşdu, ona böyük ümidlər bəsləyirdik. Buna görə də əsas yığmaya dəvət etmişdik ki, onu Qazaxıstanda da yoxlayaq".

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

0