Azərbaycan şahmatçısı sabah Fransada 6000 avro mükafat fondu olan turnirdə mübarizəyə başlayacaq
18.04.2008 - 15:48
Azərbaycan şahmatçısı sabah Fransada 6000 avro mükafat fondu olan turnirdə mübarizəyə başlayacaq
Bakı. Kənan Həsənov-APA-Sport. Sabah Fransanın Malakoff şəhərində beynəlxalq şahmat turniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yarışda bir şahmatçı ilə təmsil olunacaq. Fransada yaşayan həmyerlimiz Namiq Quliyev 6000 avro mükafat fondu olan turnirdə iştirakını təsdiqləyib. Beynəlxalq dərəcəli qrossmeysterimiz reytinqinə görə yarışın ikinci şahmatçısıdır. Ümumilikdə isə 7-ci dəfə təşkil olunacaq yarışda 163 şahmatçının mübarizə aparacağı dəqiqləşib. Doqquz turdan ibarət birinciliyin qalibi aprelin 26-da bəlli olacaq.
0