[b]Ərəb ölkələri FİFA-ya məktub yazdı: Onlar terroristdir![/b]
16.07.2017 - 00:14
[b]Ərəb ölkələri FİFA-ya məktub yazdı: Onlar terroristdir![/b]

Beş ərəb ölkəsi FİFA-ya məktub ünvanlayıb. Apasport.az saytının məlumatıan görə, bu barədə ali futbol qurumunun prezidenti Cianni İnfantino məlumat verib.

 

O, bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Liviyanın ortaq hazırladığı məktubda DÇ-2022-nin Qətərdən alınmasının vacibliyi vurğulanıb.

 

Müttəfiqlər FİFA-ya Qətərdə keçirilməsi planlaşdırılarn mundialın terror təhlükəsi səbəbindən riskli ola biləcəyini bildiriblər. Bu səbəbdən azarkeşlərin təhlükəsizliyini nəzərə alaraq futbol bayramının bu ölkədə olmamasının doğru olacağını qeyd ediblər.

 

Daha əvvəl isə 6 ərəb ölkəsi – BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Yəmən və Liviya Qətəri terrora dəstək verməkdə ittiham etmiş, onunla bütün diplomatik əlaqələri kəsmişdilər.

 

Qeyd edək ki, Dünya Çümpionatının 2022-ci ildə 21 noyabr – 18 dekabr tarixləri arasında keçirilməsi planlaşdırılıb.

0