[b]“Bavariya” təsdiqlədi: “Milan” o oyunçunu istəyir[/b]
17.07.2017 - 00:40
[b]“Bavariya” təsdiqlədi: “Milan” o oyunçunu istəyir[/b]

Mövsümlərarası transfer dönəminin ən fəal klubu olan “Milan” daha bir keçidi həll etmək üzrədir. Apasport.az saytının məlumatına görə, “rasionerilər” “Bavariya”dan Renato Sançezi transfer etmək istəyir.

 

Bu barədə Münhen klubunun prezdienti Karl Haynz-Rummenigge açıqlama verib. O, “Milan”ın oyunçu üçün təklif verdiyini, ancaq maddi məsələlərdə anlaşmazlıq yarandığını bildirib.

 

İtaliya mətbuatı “qırmızı-qaralar”ın 19 yaşlı portuqaliyalını iki illik icarəyə götürmək üçün “Bavariya”ya 7 milyon avro təklif etdiyini, 2019-cu ildə isə birbaşa alış üçün 40 milyondan keçməyə hazır olduğunu yazıb.

 

Qeyd edək ki, 2016-cı il Avropa çempionatının qalibi olan Sançez “Benfika”dan 35 milyona alınıb.

0