[b]“Ənənənin davamını gətirmək istəyirik” – Taras Romançuk[/b]
17.07.2017 - 11:07
[b]“Ənənənin davamını gətirmək istəyirik” –  Taras Romançuk[/b]

“Yorucu Azərbaycan səfərindən sonra çətin oyun oldu. Buna baxmayaraq, Belostoka qalibiyyətlə dönməyi bacardıq”. Apasport.az saytının məlumatına görə, bunu “Yagelloniya”nın yarımmüdafiəçisi Taras Romançuk deyib.

 

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Polşa çempionatının ilk turunda “Termalika” üzərində səfər qələbəsi (1:0) qazanıb.

 

Matçdan sonra fikirlərini bildirən Romançuk “Qəbələ” ilə cavab qarşılaşmasına da toxunub. Ukraynalı futbolçu hədəflərinin uğurlu startın davamını gətirmək olduğunu söyləyib: “Avrokuboklarda çox oyunda iştirak etmirik. Buna görə də, beynəlxalq arenadakı hər matçın qiymətini bilməliyik. Avrokubokda yaxşı çıxış etmək üçün bütün gücümüzü meydanda qoymalıyıq. İndi diqqətimizi ayın 20-də “Qəbələ”yə qarşı keçirəcəyimiz matça yönəltmişik. Avropa Liqasına qələbələrlə başladıq. Ardından Azərbaycan səfərindən sərfəli nəticə ilə döndük və üstəlik, ölkə çempionatına uğurlu start götürdük. Bu ənənənin davamını gətirmək istəyirik”.

 

Qeyd edək ki, “Yagelloniya” – “Qəbələ” görüşü iyulun 20-də keçiriləcək. Bu komandalar arasında Bakıda baş tutan ilk oyunda qollu bərabərlik (1:1) qeydə alınıb.

0