“Qarabağ”dan Nikaraqua millisinin kapitanı üçün 400 minlik təklif

“Qarabağ”ın transfer siyahısında olan daha bir futbolçunun adı açıqlanıb. Apasport.az-ın elnuevodiario.com.ni  saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi Nikaraqua millisinin kapitanı Xuan Barreranın keçidində maraqlıdı.

 

Xəbərdə bildirilir ki, Azərbaycan çempionu hazırda Qvatemalanın “Komunikasones” klubunda çıxış edən 28 yaşlı oyunçu üçün qarşı tərəflə danışıqlara başlayıb. Hətta Çempionlar Liqasındakı iştirakçımızın yarımmüdafiəçi üçün “Komunikasones”ə 400 min dollar təklif etdiyi də vurğulanıb.

 

Yarımmüdafiənin hər iki cinahında, eləcə də hücumun sivri ucunda oynamağı bacaran Barreranın əsl mövqeyi sol cinahdı. Tam adı Xuan Ramon Barrera Peres olan oyunçu hazırkı klubuna ötən ilin yanvarında Avstriya “Altax”ından keçib.

 

Qeyd edək ki, 2009-cu ildən Nikaraqua millisinə dəvət edilən Xuan Barrera yığmanın heyətində 42 oyun keçirib, 10 qola imza atıb. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10