[b]“Qarabağ”ın gözü Elbasanda[/b]
17.07.2017 - 12:37
[b]“Qarabağ”ın gözü Elbasanda[/b]

Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.

 

Cavab görüşlərinə Astanada eyniadlı komanda ilə Latviya “Spartak”ı arasında matçla start veriləcək. Həmin gün Azərbaycan çempionu “Qarabağ” Gürcüstanda “Samtredia”nın qonağı olacaq.

 

İlk matçdakı 5:0 hesablı qələbə ilə növbəti mərhələnin astanasında olan Ağdam klubunun rəqibi isə ertəsi gün müəyyənləşəcək. Həmin gün 10 qarşılaşma keçiriləcək. Albaniyada baş tutacaq “Kukesi” – “Şerif” duelinin qalibi “Qarabağ”a rəqib olacaq.

 

Moldovada 1:0 hesabı ilə qələbə qazanan Tiraspol təmsilçisi səfər matçına minimal üstünlüklə çıxacaq. Elbasan şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

18 iyul

 

18:00. “Astana” (Qazaxıstan) - “Spartak” (Latviya)

İlk oyun - 1:0

 

20:00. “Vardar” (Makedoniya) - “Malmö” (İsveç)

İlk oyun - 1:1

 

20:00. “Alaskert” (Ermənistan) - BATE (Belarus)

İlk oyun - 1:1

 

21:00. “Samtredia” (Gürcüstan) - “Qarabağ” (Azərbaycan)

İlk oyun - 0:5

 

22:00. TNS (Uels) - “Riyeka” (Xorvatiya)

İlk oyun - 0:2

 

22:00. “Vikinqur” (Farer adaları) - “Hafnarfyordur” (İslandiya)

İlk oyun - 1:1

 

22:45. “Buduçnost” (Monteneqro) - “Partizan” (Serbiya)

İlk oyun - 0:2

 

19 iyul

 

20:00. “Dudelanj” (Lüksemburq) - APOEL (Kipr)

İlk oyun - 0:1

 

21:15. “Rusenborq” (Norveç) - “Dandalk” (İrlandiya)

İlk oyun - 1:1

 

21:30. “Kopenhagen” (Danimarka) - “Jilina” (Slovakiya)

İlk oyun - 3:1

 

21:30. “Kukesi” (Albaniya) - “Şerif” (Moldova)

İlk oyun – 0:1

 

22:00. “Lüdoqorets” (Bolqarıstan) - “Jalgiris” (Litva)

İlk oyun – 1:2

 

22:15. “Maribor” (Sloveniya) - “Zrinski” (Bosniya və Herseqovina)

İlk oyun -2:1

 

22:30. “Zalsburq” (Avstriya) - “Hibernians” (Malta)

İlk oyun – 3:0

 

22:45. “Legiya” (Polşa) - “Mariehamn” (Finlandiya)

İlk oyun - 3:0

 

22:45. “Seltik” (Şotlandiya) – “Linfild” (Şimali İrlandiya)

İlk oyun – 2:0

 

23:15. “Honved” (Macarıstan) - “Hapoel” (Beyer Şeva, İsrail)

İlk oyun - 1:2

 

0