[b]“Fola” unikal göstərici arzusunda: tarixlərində ilk dəfə...[/b]
17.07.2017 - 13:04
[b]“Fola” unikal göstərici arzusunda: tarixlərində ilk dəfə...[/b]

“Fola” Avropa Liqasının II təsnifat mərhələsində “İnter”lə keçirəcəyi cavab matçına ciddi hazırlaşır. Apasport.az saytının məlumatına görə, lüksemburqlular bu qarşılaşmanı özləri üçün tarixi oyun hesab edirlər.

 

Belə ki, həmkarlarımız “İnter” üzərində qələbənin onlar üçün unikal göstərici olacağını düşünürlər. Çünki bununla 111 illik “Fola” tarixində ilk dəfə avrokubokda III mərhələ üzü görəcək.

 

Bu üzdən azarkeşlərini oyunu izləməyə dəvət edən “Fola” rəsmi saytı vasitəsilə biletlərin qiymətini də açıqlayıb. İyulun 20-də “Emile Mayriş” stadionunda keçiriləcək görüşü izləmək istəyən fanatlar 20 avrolarından keçməli olacaqlar. Ancaq tələbə vəsiqəsi olan gənclər üçün güzəşt ediləcək. Belə ki, onlar arxa tribuna üçün 10, ön tribuna üçün isə 5 avroya bilet ala bilərlər.

 

Qeyd edək ki, “İnter”lə “Fola” arasında “Dalğa Arena”da keçirilən ilk görüşdə təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

0