SİZİN REKLAM BURADA

“İnter”in futbolçusu “Mançester Yunayted”lə anlaşdı

“İnter”in hücumçusu İvan Perişiç İngiltərəyə köçməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 28 yaşlı futbolçu “Mançester Yunayted”lə anlaşıb.

 

“Qırmızı şeytanlar” uzun müddətdi danışıq apardığı futbolçunun klubu ilə, nəhayət ki, ortaq məxrəcə gəlib. Tərəflər arasında razılığa görə, İtaliya təmsilçisi bu transferdən 45 milyon avro gəlir əldə edəcək. Xorvatiya millisinin üzvünün bu həftə yeni komandası ilə rəsmi müqavilə imzalaması gözlənilir.

 

Perişiç məsələsini yoluna qoyan “mankunianlar” diqqətlərini “Çelsi”nin yarımmüdafiəçisi Nemanya Matiçə yönəldiblər. Joze Mourinyonun ixtiyarında görmək istədiyi sabiq yetirməsini “zadəganlar” satmağın əleyhinə deyillər.

 

Qeyd edək ki, “İnter” İvan Perişiçi 2015-ci ildə 16 milyon avro müqabilində “Volfsburq”dan transfer edib.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10