[b]Millimizin müdafiəçisi “Zirə”nin potensial rəqibi ilə anlaşdı[/b]
17.07.2017 - 15:24
[b]Millimizin müdafiəçisi “Zirə”nin potensial rəqibi ilə anlaşdı[/b]

Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev özünə yeni komanda tapıb. Apasport.az-ın Ukraynanın sportarena.com saytına istinadən məlumatına görə, 29 yaşlı futbolçu karyerasını bu ölkədə də davam etdirəcək.

 

Belə ki, “Stal” klubu ilə yollarını ayıran Paşayev “Aleksandriya” ilə anlaşıb. “Neftçi”nin uzun müddət heyətinə cəlb etməyə çalışdığı futbolçu yeni komandası ilə bu gün rəsmi sazişə qol çəkib. Lakin müqavilənin detalları barədə açıqlama verilməyib.

 

“Aleksandriya” klubunun gün ərzində bu keçidi rəsmən açıqlaması gözlənilir. Paşayev Premyer Liqa təmsilçisinə havayı başa gəlib. Çünki oyunçu iyulun 2-də “Stal”la yollarını ayırmış və azad agent statusu almışdı.

 

Qeyd edək ki, “Aleksandriya” Avropa Liqasının III təsnifat mərhələsində “Zirə” – “Astra” cütünün qalibi olə qarşılaşacaq. Bu isə o deməkdi ki, təmsilçimiz mərhələni adlayarsa, Paşayev ölkəmizə rəqib qismində gələcək.

0