[b]“Neftçi”nin keçmiş futbolçusu “Kavani” ilə birlikdə oynayacaq[/b]
17.07.2017 - 20:07
[b]“Neftçi”nin keçmiş futbolçusu “Kavani” ilə birlikdə oynayacaq[/b]

“Neftçi”nin keçmiş futbolçusu Jairo Rodriges Filyonun yeni klubu məlum olub. Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi İranda oynayacaq.

 

Bu barədə “persianfootball” nəşri xəbər yayıb. Bildirilib ki, 24 yaşlı mərkəz müdafiəçisi karyerasını “Sepahan”da davam etdirəcək.

Jaironun yeni klubunda 13 nömrəli forma ilə çıxış edəcəyi iddia olunub.

Vətənində “Qoyas” və “Santos”da çıxış etmiş Jayro, 2012-ci ildə “Botev”ə keçib, 2015-2017-ci illərdə isə “Neftçi”də oynayıb. “Sambaçı” “ağ-qaralar”ın heyətində 33 oyun keçirib və 2 qol vurub.

 

Qeyd edək ki, “Sepahan” həmçinin vətənində “Kavani” ləqəbi daşıyan iraqlı Mərvan Husein Al-Ajeli ilə də müqavilə imzalayıb. 

0