SİZİN REKLAM BURADA

Nazim Babayev Avropa çempionu oldu - VİDEO

Polşanın Bıdqoş şəhərində keçirilmiş 23 yaşadək idmançılar arasında atletika üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, qitə birinciliyində Azərbaycan təmsilçisi də çempionluq sevinci yaşayıb.

 

Üç təkanla uzunluğa tullanmada yarışan Nazim Babayev bütün rəqiblərini qabaqlamağı bacarıb. O, 17.18 nəticə göstərərək qızıl medal qazanıb. Bu nəticə ilə milli atlet şəxsi rekordunu yeniləyib.

 

Finlandiyalı Simo Lipsanen ikinci, Almaniya təmsilçisi Maks Heb isə üçüncü olub.

 

Qitə miqyasında öz yaşıdları arasında hamıdan güclü olan Nazim böyüklərdə isə yalnız italiyalı Fabrizio Donatodan geri qalır.

 

Qeyd edək ki, Nazim Babayev 2015-ci ildə İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında Avropa çempionatının qalibi olub. İdmançımız həmçinin bu il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da çempionudur.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220