SİZİN REKLAM BURADA

“İki ölkə futbolu arasındakı fərq aydın görünür” – Gia Tsetsadze

“Sabahkı oyunda əsas məqsədimiz qələbə qazanmaq olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Samtredia”nın baş məşqçisi Gia Tsetsadze deyib.

 

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında Tiflisdə “Qarabağ”la qarşılaşacaq Gürcüstan çempionunun çalışdırıcısı oyundan əvvəlki mətbuat konfransında açıqlamalar verib.

 

O, sadəcə futbolla maraqlandığını bildirib: “İndiki halda bizi sadəcə öz futbolumuz maraqlandırır. Problemlər çoxdur və onlardan danışmağa gərək yoxdu. İlk oyundakı hesab çox şey deyir. 20 dəqiqə konsentrasiyanı itirdik və rəqib 4 qol vurdu. Azərbaycan və Gürcüstan futbolu arasındakı fərq aydın görünür. Bunlardan qaça bilmərik”.

 

Tsedtsadze rəqibin gücündən də xüsusi bəhs edib: “İlk oyunda “Qarabağ” bizə hücum etməyə imkan vermədi. İkinci matçda təbii ki, dəyişikliklər olacaq. Ancaq bu, o demək deyil ki, mütləq 6:0 hesabı ilə qalib gəlməliyik. Bakıdakı görüşün və nəticənin əsas günahkarları mən və mənim oyunçularımdı. Yanvarda bir çox futbolçular komandanı tərk etdi. Əgər onlar olsaydı, başqa cür ola bilərdi. Ancaq bu, futbolun bir hissəsidi. Xüsusi bir şey baş verməyib”.

 

Gürcü mütəxəssis sonda azarkeşlərə də təşəkkür edib: “Azarkeşlərimizə xüsusi təşəkkür etmək istəyirəm. Hətta 0:5 hesablı məğlubiyyətdən sonra da bizi dəstəkləyirlər, haqqımızda xoş sözlər deyirlər. Onları sevindirmək üçün sabah qələbə qazanmağa çalışacağıq”.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220