[b]Braziliya millisinin sabiq hücumçusu Azərbaycana gələ bilər[/b]
18.07.2017 - 11:09
[b]Braziliya millisinin sabiq hücumçusu Azərbaycana gələ bilər[/b]

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi “Panatinaikos” transfer çalışmalarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Yunanıstan təmsilçisi hücum xəttinə növbəti oyunçunu alıb.

 

“Atalanta”nın forvardı Brayan Kabezasi icarəyə götürən afinalılar bu dəfə braziliyalı ön xətt oyunçusu Lusiano Nevesi heyətinə cəlb edib. “Panatinaikos” 24 yaşlı “sambaçı”nı “Korintians”dan bir illik icarəyə götürüb. Braziliyanın U-23 yığmasının sabiq üzvü özünü doğrulda bilsə, transfer ediləcək və 2 illik sazişə qol çəkəcək. Lusiano ötən mövsümü icarə əsasında “Leqanes” klubunda keçirib, 4 qola imza atıb.

 

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində “Yagelloniya” ilə qarşılaşan “Qəbələ” Polşa klubunu mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Panatinaikos”a rəqib olacaq.

0