[b]“Qarabağ” Tiflisdə qalib gəlsə...[/b]
18.07.2017 - 11:21
[b]“Qarabağ” Tiflisdə qalib gəlsə...[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Samtredia” – “Qarabağ” matçı tarixi hadisə ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Ağdam klubu bu gün Tiflisdə qalib gəlsə, tarixi qələbənin müəllifi olacaq.

 

Belə ki, Azərbaycan klubları Çempionlar Liqası tarixində 5-ci səfər qələbəsinin astanasındadı. İndiyədək çempionlarımız qitənin ən nüfuzlu klub turnirində cəmi 4 səfər qələbəsi qazanıb.

 

İlk belə uğur 2005-ci ilə təsadüf edib. “Neftçi” 12 il əvvəl İslandiyada “Hafnardfyordur”a qalib gəlib – 2:1. Növbəti uğuru 5 il gözləmək lazım gəlib. “İnter” “Lex”lə qarşılaşmada 1:0 hesabına sevinib.

 

Digər iki qələbə isə “Qarabağ”ın hesabındadı. Ağdamlılar 3 il əvvəl Maltada “Valletta”nı üç, növbəti ildə isə Monteneqroda “Rudar”ı bir cavabsız qolla keçib. Çempionlar Liqasında 3-cü səfər qələbəsini qazanacaq Qurban Qurbanovun yetirmələri ölkəmizin yubiley – 5-ci zəfərinin müəllifi olacaq.

0