[b]Runinin "Everton"a qayıtması azarkeşə pul qazandırdı[/b]
18.07.2017 - 12:19
[b]Runinin "Everton"a qayıtması azarkeşə pul qazandırdı[/b]

İngiltərə futbolunda maraqlı hadisə baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Ueyn Runinin “Everton”a dönməsi azarkeşlərdən birinə pul qazandırıb.

 

Belə ki, “Mançester Siti”nin fanatı Cordan Faukett 2010-cu ildə Runinin “Mançester Yunayted”dən ayrıldıqdan sonra “Everton”a qayıdacağına dair mərc qoyuluşu edib. Ulduz futbolçu 2004-cü ildə ayrıldığı Liverpul təmsilçisinə bu yay dönüb. Bu keçid 7 il əvvəl 20 funt pul yatıran Faukettə 2000 funt qazandırıb. Lakin əvvəlki evindən köçdüyü üçün mərc kağızını itirən azarkeş şirkətlə əlaqə saxlayıb. Onlar da əl yazısı nümunəsi göndərəcəyi təqdirdə pulu ödəyəcəklərini vurğulayıblar.

 

Şirkətin tələbini yerinə yetirən Faukett alacağı pulu ailəsi ilə birlikdə Malyorkada istirahət edərək xərcləyəcəyini bildirib.

0