[b]“Qarabağ” “İnter”ə şərik olur[/b]
18.07.2017 - 13:05
[b]“Qarabağ” “İnter”ə şərik olur[/b]

Bu gün keçiriləcək Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları UEFA klub reytinqində dəyişikliklərə səbəb olacaq. Apasport.az saytının məlumatına görə, mərhələ adlayan komandalar xal hesabının artması sayəsində mövqeyini yaxşılaşdıracaq.

 

Qazananlar sırasında Azərbaycan çempionu “Qarabağ”ın da yer alacağı gözlənilir. Gürcüstan “Samtredia”sını evdə 5:0 yenən ağdamlılar demək olar ki, bu raundu adlayıb.

 

Əgər qeyri-adi hadisə yaşanmasa, mərhələ keçmək əyalət klubunun hesabına daha 0,500 xal artıracaq. Nəticədə “Qarabağ”ın son 5 mövsümdə topladığı xalların cəmi 16,000-a yüksələcək.

 

Hazırda 15,500 xalla Avropanın 78-cisi olan Qurban Qurbanovun yetirmələri bugünkü qazancla irəliləyəcək. Azərbaycan çempionu 16,000 xala malik 3 komandaya çatacaq. Bununla da “Qarabağ” İtaliya “İnter”i, Rusiya “Dinamo”su və “Rubin”in eyni xalla bölüşdüyü 75-ci yerin 4-cü şəriki olacaq.

 

Qeyd edək ki, “Qarabağ” UEFA klub reytinqində Azərbaycan klubları arasında ən yüksək nəticəyə malikdi.

0