[b]Baş məşqçi Pavel Paşayevin transferini dəyərləndirdi[/b]
18.07.2017 - 13:33
[b]Baş məşqçi Pavel Paşayevin transferini dəyərləndirdi[/b]

“Mən Paveli çoxdan komandamda görmək istəyirdim. Çünki uzun müddət idi ki, bu mövqeyə oyunçu axtarırdıq”. Apasport.az saytının məlumatına görə, bunu “Aleksandriya”nın baş məşqçisi Vladimir Şaran deyib.

 

Azərbaycan millisinin sol cinah müdafiəçisi Pavel Paşayev dünən Ukrayna təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb. Şaran yerli mətbuata açıqlamasında 29 yaşlı oyunçunu müdafiənin sağ cinahında oynadacağını bildirib: “Bu cinah bizim ən problemli mövqeyimiz idi. Həmin yerdə yalnız Sergey Çebotayev var idi ki, bu da məni narahat edirdi. Görüşüb, Pavelin bizə lazım olduğu qənaətinə gəldik. Rəhbərlik onunla danışıqları yekunlaşdırdı. Futbolçu bizimlə 1 illik müqaviləyə qol çəkib. Paşayevin hazırda hansı vəziyyətdə olduğunu bilmirəm. Çünki, bir müddətdi, demək olar ki, fərdi çalışır. Sabahkı məşqdə onun fiziki durumu ilə tanış olacağıq”.

 

Qeyd edək ki, “Aleksandriya” Avropa Liqasının III təsnifat mərhələsində “Zirə” – “Astra” cütünün qalibi ilə qarşılaşacaq.

0