[b]Aqollinin komandasında italiyalı məşqçi[/b]
18.07.2017 - 16:19
[b]Aqollinin komandasında italiyalı məşqçi[/b]

“Qarabağ”ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisinin yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Albaniya mətbuatı yerli federasiyanın Kristian Panuççi ilə anlaşdığını iddia edir.

 

“Livorno” və “Ternana”nın sabiq baş məşqçisi olan italiyalı ilə müqavilə yaxın günlərdə imzalanmalıdı. Onunla yanaşı Cankarlo Kamoleze, Filippo İnzaqi və Klarens Zeedorfun da namizədliyini nəzərdən keçirən federasiya rəhbərliyi seçimini Panuççinin üzərində dayandırıb. 44 yaşlı mütəxəssis həmyerlisi Canni de Byazinin istefasından sonra boş qalan posta yiyələnəcək.

 

Qeyd edək ki, 5 il yarım Albaniya millisinə rəhbərlik edən və komandanı AVRO-2016-nın final mərhələsinə çıxaran de Byazi ötən ay postundan ayrılıb.

0