[b]Ulduz futbolçu müqavilə bağladıqdan 8 gün sonra karyerasını bitirdi - FOTO[/b]
18.07.2017 - 17:01
[b]Ulduz futbolçu müqavilə bağladıqdan 8 gün sonra karyerasını bitirdi - FOTO[/b]

İtaliya yığmasının keçmiş hücumçusu Antonio Kassano gözlənilməz hərəkətlə diqqət çəkib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu karyerasını bitirdiyini açıqlayıb.

 

Gözlənilməzliyi burasındadı ki, 35 yaşlı forvard 8 gün əvvəl “Verona” klubu ilə 1 illik müqaviləyə qol çəkmişdi. Klub hətta onun üçün təqdimat mərasimi də təşkil etmişdi. Lakin artıq şəhəri tərk edən veteran oyunçu butslarını mıxdan asdığını bəyan edib.

 

Qeyd edək ki, Antonio Kassano karyerası ərzində “Roma”, “Real”, “Milan” və “İnter” kimi böyük klublarda çıxış edib.

0