[b]“Milan” “Borussiya” ilə bacarmadı - VİDEO[/b]
18.07.2017 - 18:02
[b]“Milan” “Borussiya” ilə bacarmadı - VİDEO[/b]

Beynəlxalq Çempionlar Kuboku turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, açılış matçında “Milan”la Dortmund “Borussiya”sı üz-üzə gəlib.

 

Çinin “Tiane” stadionunda keçirilən və 19 min azarkeşin izlədiyi görüş almanların qələbəsi ilə nəticələnib. Pyerr-Emerik Obameyanqın dubl etdiyi matçda Nuri Şahin ilk qolun müəllifi olub. “Milan”ın yeganə qoluna isə Karlos Bakka imza atıb.

 

“Milan” – “Borussiya” - 1:3

Qollar: Bakka, 24 – Nuri Şahin, 16; Obameyanq, 20, 62

“Milan” (İtaliya): Storari, Paletta (Musakkio, 46), Zapata, Rikardo Rodriges (Antonelli, 63), Abate (Qustavo Qomes, 63), Kessi (Qabbia, 90+1), Mauri (Zanellato, 90+1), Bonaventura (Sosa, 63), Borini (Krokiata, 90+1), Nianq (Hakan Çalhanoğlu, 46), Bakka (Kutrone, 63)

“Borussiya” (Dortmund, Almaniya): Vaydenfeller (Reymann, 46), Bartra (Subotiç, 73), Sokratis, Pişek (Passlak, 46), Zaqadu (Durm, 63), Kastro, Nuri Şahin, Rode (Getze, 64), Puluşiç (İsak, 73), Dembele (Əmrə Mor, 64), Obameyanq (Şürrle, 73)

 

0