[b]“Bu, çox böyük göstəricidi” – Odina Bayramova[/b]
18.07.2017 - 19:25
[b]“Bu, çox böyük göstəricidi” – Odina Bayramova[/b]

“Klub yarışları başa çatdıqdan sonra yığmanın tərkibində İslamiadaya qatıldıq. Düzdü, 4-cü İslam Həmrəyliyi Oyunlarında rəqiblər o qədər də güclü deyildi. Bunu hamımız bilirik. Ancaq əsas olan milli ilə uğurlu start götürmək idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə qadınlardan ibarət milli komandamızın oyunçusu Odina Bayramova deyib.

 

Millimizin təcrübəli üzvü yığmamızın Qubada keçirilən təlim-məşq toplanışı haqda fikirlərini bölüşüb: “Daha sonra Bakıda dünya çempionatının seçmə mərhələ oyunları keçirildi. Bütün rəqiblərə 3:0 hesabıyla qalib gəldik. Heç bir rəqibə 1 set belə vermədik. Bu da çox böyük göstəricidi. Daha sonra bir qədər dincəldik. İyulun 10-dan Qubada təlim-məşq toplanışı keçirik. Faiq Qarayevin rəhbərliyi altında güclü məşqlər gedir. Əsasən fiziki hazırlıq üzərində çalışırıq”.

0