[b]“Üzərimdə böyük məsuliyyət hiss edirəm” – milli üzvü[/b]
18.07.2017 - 20:09
[b]“Üzərimdə böyük məsuliyyət hiss edirəm” – milli üzvü[/b]

“Deməzdim ki, Qubada fərqli hazırlaşırıq. Faiq müəllim hər zaman intensiv məşqlər keçir. Artıq buna alışmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə qadınlardan ibarət millimizin oyunçusu Kristina Yaqubova deyib.

 

Yığma üzvü komandamızın Qubada keçirdiyi təlim-məşq toplanışı barəsində fikirlərini bölüşüb: “İstirahətdən qayıtsaq da, məşqlərdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışırıq. Bütün oyunçularımız kimi üzərimdə böyük məsuliyyət hiss edirəm. Çünki oyun qurucusu kimi üzərimə böyük yük düşür. Avropa çempionatında əlimdən gələni edəcəm ki, komanda yoldaşlarıma bacardığım köməkliyi edim. Güclü məşqlər çox vacibdi. Çünki yaxşı hazırlıq gözəl oyun göstərməyə səbəb olur. Uğura gedən yol düzgün məşqlərdən başlayır”.

0