[b]“Qarabağ” Milan klublarının əhatəsində[/b]
19.07.2017 - 12:50
[b]“Qarabağ” Milan klublarının əhatəsində[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsindən sonra UEFA-nın klub reytinqində dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, hər iki oyunda qazandığı qələbə ilə Gürcüstan “Samtredia”sını keçən (5:0, 1:0) Azərbaycan çempionu hesabına daha 0,500 xal əlavə edib.

 

Bununla da Ağdam klubunun cari mövsümdəki qazancı 1,500 xala çatıb. Son 5 mövsümün nəticəsində isə “Qarabağ” 16,000 xal toplayıb.

 

Samtredianın eyniadlı təmsilçisi ilə görüşədək 15,500 xalla Avropanın 78-ci komandası olan Qurban Qurbanovun yetirmələri mövqeyini də yaxşılaşdırıb. Hazırda ağdamlılar 75-ci pilləyə 4 şərikdən biridi. Təmsilçimiz Milan “İnter”i, Rusiya “Dinamo”su və “Rubin”i ilə eyni nəticəyə malikdi.

 

“Qarabağ”ın ən yaxın izləyicisi 15,250 xalı olan Qazaxıstan “Astana”sıdı. Çempionumuz isə yarım xal gerisində olduğu Sloveniya “Maribor”una çatmaq iddiasındaı. 70-ci pillədə qərarlaşan 4 komanda ilə “Qarabağ” arasında cəmi 1 xal fərqi var. Bu pillədə Milanın eyniadlı təmsilçisi, Zaqreb “Dinamo”su, İsveçrə “Yanq Boyz”u və Çexiya “Slovan”ı  qərarlaşıb.

 

Qeyd edək ki, 134,000 xala malik “Real”ın başçılıq etdiyi siyahının ilk “100-lüy”ündə yeganə təmsilçimiz “Qarabağ”dı.

 

 

0