[b]“Neftçi” Navalovski ilə yollarını ayırdı![/b]
19.07.2017 - 13:52
[b]“Neftçi” Navalovski ilə yollarını ayırdı![/b]

“Neftçi” vitse-kapitanı Georgi Navalovski ilə yollarını ayırıb. Bu barədə apasport.az saytına məlumatı klubun Media və Marketinq Departamentinin rəisi Rüstəm Əfsərli verib.

 

O bildirib ki, gürcüstanlı müdafiəçi özü ayrılmaq üçün klub rəhbərliyinə müraciət edib. Belə ki, Rusiya Premyer Liqa klubundan təklif alan Navalovski karyerasını orda davam etdirmək arzusundadı.

 

Futbolçunun xahişini nəzərə alan paytaxt təmsilçisi onunla bu ilin sonuna qədər olan müqaviləyə qarşılıqlı razılıqla xitam verməyi qərara alıb. 31 yaşlı futbolçu bu gün sonuncu dəfə “ağ-qara” formanı geyinəcək. Belə ki, “Şüvəlan”la yoxlama matçında meydana çıxacaq Navalovski ardından düşərgəni tərk edəcək və yeni komandası ilə danışıqları yekunlaşdırmaq üçün Rusiyaya yollanacaq.

 

Qeyd edək ki, Georgi Navalovski “Neftçi”yə bu ilin əvvəlində Yunanıstan klubu “Veria”dan keçib.

0