[b]“Bu hesab işimizi asanlaşdırdı” – Dino Ndlovu[/b]
19.07.2017 - 16:18
[b]“Bu hesab işimizi asanlaşdırdı” – Dino Ndlovu[/b]

“Belə mötəbər turnirin təsnifat mərhələsində iştirak edə bildiyim üçün çox sevinirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib.

 

Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində evdə 5:0 hesabı ilə məğlub etdiyi “Samtredia”ya səfərdə də qalib gəlib – 1:0. İlk görüşdə dubl edən Ndlovu Cənubi Afrika Respublikasının bu turnirdəki yeganə nümayəndəsidi.

 

27 yaşlı forvard ölkəsinin mətbuatına açıqlamasında III mərhələyə adlamağın sevincini bölüşüb: “Çempionlar Liqası çox çətin turnirdi. Çünki burda qrup mərhələsinə gedən yolda yalnız öz ölkəsinin çempionu olan komandalarla qarşılaşmalı olursan. Adətən ilk oyunda 5:0 hesablı qələbə sənin növbəti mərhələ üçün işini asanlaşdırır. Bizdə də belə oldu. Bu gün növbəti mərhələdəki rəqibimizin adı bəlli olacaq. Bundan sonra gələn həftə qarşılaşacağımız komanda barədə düşünmək olar. Avrokuboklarda qazandığım təcrübəyə görə çox sevincliyəm”.

 

Qeyd edək ki, “Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi “Kukesi” – “Şerif” cütünün qalibi olacaq.

0