[b]“Qarabağ”ın rəqibi bəlli oldu[/b]
19.07.2017 - 23:31
[b]“Qarabağ”ın rəqibi bəlli oldu[/b]

Çempionlar Liqasında III təsnifat mərhələsində mübarizə aparacaq “Qarabağ”ın rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Şerif”lə qarşılaşacaq.

 

Moldova klubu II təsnifat mərhələsində “Kukesi”ni (Albaniya) geridə qoyub. Tiraspoldakı görüşü 1:0 hesabı ilə qazanan moldovalılar Albaniyada 1:2 hesabı ilə məğlub olsalar da, səfər qolu sayəsinə növbəti mərhələyə yüksəliblər.

 

Qeyd edək ki, “Qarabağ” bu mərhələdə Gürcüstan çempionu “Samtredia”nı yolundan kənarlaşdırıb – 5:0 və 1:0.

0