[b]“Zirə”dən səssiz vida[/b]
20.07.2017 - 22:55
[b]“Zirə”dən səssiz vida[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxıb.

 

Azərbaycan klubları arasında ilk sınaq “Zirə”nin olub. Qəsəbə təmsilçisi öz meydanında “Astra”nı qəbul edib. Avrokuboklarda debüt mövsümündə bir mərhələ adlayan Ayxan Abbasovun yetirmələri uğurunu davam etdirə bilməyiblər.

 

İlk oyunda səfərdə 1:3 hesabı ilə uduzan təmsilçimz evdə qolsuz bərabərliyə razılaşaraq Avroliqa ilə vidalaşmalı olub.

 

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunu

20 iyul

 

“Zirə” (Azərbaycan) – “Astra” (Rumıniya) - 0:0

 

Baş hakim: Giorgi Vadaçkoria

Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Giorgi Elikaşvili

Dördüncü hakim: Qoqa Kikaçeyşvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 1:3

 

“Zirə”: 1. Anar Nəzirov, 3. Jozef Bum, 6. Rəşad Sadiqov, 8. Milan Dyuriç, 9. David Manqa, 10. Kervens Belfort, 11. Viktor İqbokoye, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Orxan Əliyev, 13. Aleksandr Şemonyayev, 39. Sadiq Quliyev, 99. Nicat Qurbanov

Baş məşqçi: Ayxan Abbasov

 

“Astra”: 23. Plemen İlyev, 4. Markus Vidal, 7. Klaudio Belu Yordaçe, 10. Aleksandru Yonita, 17. Viorel Nikoara, 21. Eriko, 24. Flip Mrjyak, 25. Pyotr Polçşak, 30. Aleksandru Dandea, 77. Aleksandru Stan, 92. Remus Boqdan Çipirliu

Ehtiyat oyunçular: 1. David Lazar, 6. Florin Bejan, 9. Antoni Le Tallek, 20. Robert Valseanu, 71. Andrey Pitian, 95. Romario Moise, 96. Silvio Balauri

Baş məşqçi: Eduard Yordanesku

0