[b]“Qəbələ” turu möhtəşəm qələbə ilə keçdi[/b]
21.07.2017 - 00:21
[b]“Qəbələ” turu möhtəşəm qələbə ilə keçdi[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxıb.

 

Polşada “Yagelloniya”nın qonağı olan “Qəbələ” vətənə möhtəşəm nəticə ilə dönüb. İlk oyunda evdə 1:1 heablı bərabərliyə razılaşan Roman Qriqorçukun yetirmələri səfərdə 2 cavabsız qola sevinib.

 

İlk hissədə İlqar Qurbanov hesabı açıb. 45 dəqiqə bu hesabla başa çatıb.

 

İkinci yarıda rəqib hücumlarını intensivləşdirsə də, komandamız müdafiə olunub. Sona bir dəqiqə qalmış Ozobiçin vurduğu qol isə qələbəyə şübhə yeri qoymayıb.

 

"Qəbələ" növbəti mərhələdə Yunanıstan təmsilçisi "Panatinaikos"la görüşəcək.

 

 

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20 iyul

 

“Yagelloniya” (Polşa) – “Qəbələ” (Azərbaycan) - 0:2

Qollar: İlqar Qurbanov, 18, Ozobiç, 89
 

Baş hakim: Konstantin Sebastyan Koltesku (Rumıniya)
Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika (hər ikisi Rumıniya)

Dördüncü hakim: George Katalin Qaman (Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)

Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)

Belostok. Şəhər stadionu

İlk oyun – 1:1

 

“Yagelloniya”: 25. Marian Klemen, 6. Taras Romançuk, 8. Lukaş Burlika, 9. Arvidas Novikovas, 10. Fyodor Çerniç, 12. Gilyerme Sitya, 13. Pırjemislav Mistovski, 16. Qutyer Tomelin, 17. İvan Runye, 18. Silian Şeridan, 22. Rafal Qrzib

Ehtiyat oyunçular: 96. Damian Veqlarz, 2. Ziqmund Qordon, 7. Dmitro Xomçenovski, 20. Davit Şimonoviç, 26. Martin Pospisil, 28. Karol Sviderski, 44. Lukaş Sekulski

Baş məşqçi: İrenyus Mamrot

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz, 45. Famussa Kone

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 20. Xuan Hernandez, 34. Urfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk

 

0